Fransada aksiyalar davam edir

Fransada mübahisəli pensiya islahatına qarşı nümayişlər davam edərkən, ölkənin mühüm şəhərlərindən biri olan Bordoda ötən gecə baş verən hadisələr böyük diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransada 2 aydır kütləvi etirazlara səbəb olan və pensiya yaşının mərhələli şəkildə 64-ə çatdırılmasını ehtiva edən islahatla bağlı qanun layihəsi Milli Məclisdə səsə qoyulmadan qəbul edildikdən sonra küçələrdə gərginlik azalmır.

Təqaüd islahatına qarşı bir çox peşəkar qrupdan etirazçılar paytaxt Paris başda olmaqla, ölkə daxilində yenidən küçələrə axışıb. Fransa həmkarlar ittifaqının məlumatına görə, ötən axşam etirazlarda təxminən 3,5 milyon, polisin məlumatına görə isə 1 milyondan çox insan iştirak edib. Aksiyalar nəticəsində Ölkə daxilində 457 adamın nəzarətə alınıb, 441 polisin yaralanıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə