Polşa hakimiyyəti Belarusla sərhəddəki Bobrovniki keçid məntəqəsini bağlamaq qərarına gəlib. Qərar fevralın 10-dan qüvvəyə minəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu gündən etibarən Belarus vətəndaşları üçün Polşa ilə yeganə sərhəd keçid məntəqəsi Brest keçidi olacaq.
“Azadlıq” radiosunun Belarus xidməti qeyd edir ki, Varşavanın qərarı Belarusda polyak əsilli jurnalist Anjey Poçobut barəsində çıxarılan hökmün ertəsi günü qəbul edilib.
Qrodno məhkəməsi Pocobutun jurnalist materiallarının guya nifrət və iğtişaşlara səbəb olduğunu bildirərək, onu 8 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Bobrovniki keçidi ilə nəqliyyatın hərəkətinin dayandırılmasını fevralın 9-da Polşanın daxili işlər naziri Mariuş Kaminski elan edib.
Ümumilikdə Polşa-Belarus sərhədində altı sərhəd keçid məntəqəsi var. Fevralın 10-dan onlardan yalnız ikisi fəaliyyət göstərəcək - biri yük maşınları, biri minik avtomobilləri üçün. Adi vətəndaşlar yalnız sonuncudan, Brest və Terespol arasında istifadə edə biləcəklər.
Qeyd edtdiyimiz kimi, Polşa ilə Belarus arasında münasibətlərin kəskin kəskinləşməsindən sonra Polşa hakimiyyəti əvvəllər digər sərhəd keçid məntəqələrinin işini dayandırmaq qərarına gəlib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB