Fahrettin Altun İlon Maska çağırış edib

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun tviter sosial media platformasının sahibi İlon Maska çağırış edib.
Fahrettin Altun İlon Maska çağırış edib

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun tviter sosial media platformasının sahibi İlon Maska çağırış edib.

SİA-nın türk qaynaqlardan əldə etdiyi məlumata görə, Fahrettin Altun paytaxt Ankarada keçirilən “Süni İntellekt Çağında Dezinformasiya ilə Mübarizə Metodları” proqramına qatılıb.

Tvitterin Türkiyədə keçmişdə etdiyi gizli senzuraya reaksiya verən F.Altun deyib:

“Buradan, bu proqram münasibətilə mən tviterin yeni rəhbərliyi, cənab İlon Muska müraciət edirəm. Tvitter vasitəsilə Türkiyənin siyasi həyatına keçmişdə hansı müdaxilələrin edildiyini izah edin. Cənab Prezidentimizin Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarımıza hansı gizli senzura tətbiq etdiyini açıqlayın. Türkiyenin müxaliflərinə izah edin ki, terror təşkilatlarına sistemli şəkildə hansı təbliğat imkanları verilir. İzah edin ki, bütün dünya ictimaiyyəti neokolonializmin istifadə etdiyi hibrid üsulları açıq və aydın şəkildə görə bilsin. İzah edin ki, sosial mediaya yenidən etibar edək”.

Dezinformasiyanın bəşəriyyəti təhdid edən virusa çevrildiyini vurğulayan F.Altun deyib: “Öz maraqlarına xidmət göstərməyən hər hansı ölkəyə, ondan bəslənməyən, ondan asılı olmayan hər hansı rəhbərə qarşı əməliyyat keçirməyə adət etmiş media orqanları bizim üçün etibarsızdır”.

“Terror təşkilatlarına dəstək verməyi demokratiya ilə əlaqələndirənlərin, İslama qarşı hücumu azadlıqla kamuflyaj edənlərin və bunu qanuni hesab edənlərin maskaları düşüb” deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə