Ural Hava Yolları şirkətinin Jukovsk-Xucand reysində qəribə hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan sonra hamilə qadının doğuş sancıları başlayıb. Ekipaj bu barədə xəbər tutan kimi sərnişinlər içərisində həkim olub-olmaması ilə bağlı müraciət edib.
Əsl möcüzə də bu müraciətlə ortaya çıxıb. Belə ki, sərnişinlər içərisində neonatoloq, iki mamaça, hətta iki nəfər də rentqenoloq var. Beləliklə, uçan “tibb personalı” dərhal səfərbər olub və doğuş başlayıb.
Təyyarə kapitanı təklif etsə də, həkimlər təcili enişə heç bir ehtiyac olmadığını, doğuşu həyata keçirmək üçün hər cür şərait olduğunu bildiriblər. Bir müddətdən sonra isə sağlam qız uşağı dünyaya gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB