Nazarbayev titulundan məhrum olunub

Nazarbayev titulundan məhrum olunub

Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millət lideri (Elbası-red) elan edən "Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında" Qanunun etibarsız sayılması barədə qərar çıxarıb. Bu barədə SİA yerli mətbuata istinadən xəbər verir.

Sənəddə qeyd edilir ki, “Hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda “Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qanun qüvvədən düşmüş hesab edilir".

Müvafiq qanun hələ 2000-ci ildə qəbul edilib və bir neçə dəfə təkmilləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə