2023-cü il yanvarın 1-dən Rusiyada avtomobil sürücüləri üçün beş mühüm yenilik qüvvəyə minib. Bunlar aksizlərə, rüsumlara, texniki baxış qiymətlərinə, borcların yığılmasına və OSAGO-ya aiddir.
SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, “Za rulem” nəşrinin məlumatına görə, Rusiya Federasiyasında yeni ildən texniki baxışın dəyəri əvvəllər mövcud olan tariflərin yığılmış inflyasiya məbləği qədər artırılması yolu ilə hesablanır. Minimum məbləğ minik avtomobilləri üçün 913 rubl, avtobuslar üçün - 1563 rubl, yük maşınları üçün - 999 rubl müəyyən edilib.
2023-cü il yanvarın 1-dən tibbi göstəricilərə uyğun avtonəqliyyat vasitəsi olan əlillər və ya onların qanuni nümayəndələri dövlət xidmətləri portalı vasitəsilə OSAGO dəyərinin 50 faizi məbləğində kompensasiya almaq üçün məsafədən müraciət edə bilərlər.
Nəqliyyat vasitəsinə uyğunluq sertifikatının verilməsi üçün dövlət rüsumu da 1500 rubla qədər, tüninqin leqallaşdırılması, HBO quraşdırılması, yedəkləmə çubuğu və digər dəyişikliklər - 2500 rubla qədər, mühərrik gücü 90 at gücündən çox olan avtomobillər üçün yanacağa aksiz vergiləri - bir at gücünə 55 rubla qədər, 150 at gücündən yuxarı - 531 rubla qədər artıb.
Digər dəyişiklik isə borcların yığılması ilə bağlıdır. İndi onlar kağız sənədləri verilmədən bank kartlarından və vətəndaşların hesablarından silinəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB