Nümayəndələr Palatasının Vergilər və Gəlirlər Komitəsi dekabrın 30-da ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evdəki dörd ili də daxil olmaqla, altı illik vergi bəyannamələrini açıqlayıb. Vergi sənədlərinin açıqlanması demokrat qanunvericilərlə Donald Tramp arasında uzun illər davam edən hüquqi mübarizənin nəticəsi idi.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ağ Evdəki sələflərindən fərqli olaraq, Tramp vergi bəyannamələrini ictimaiyyətə açıqlamaqdan imtina edib. Cavab olaraq, qanunvericilər Amerikanın istənilən vergi bəyannaməsinə daxil olmaq hüquqlarını əsas gətirərək bu sənədləri tələb etdilər.
Maraqlıdır ki, məhkəmələr, o cümlədən Ali Məhkəmə onlarla razılaşıb.
Keçmiş prezident və onun həyat yoldaşının vergi bəyannaməsinə görə, Tramp cütlüyünün şəxsi gəlirləri keçmiş prezidentin biznes fəaliyyəti ilə sıx bağlıdır. Məsələn, Donald Tramp prezidentliyinin ilk üç ilində 110 min dollar federal vergi ödəyib, lakin 2020-ci il onun üçün tənəzzül nəticəsində əhəmiyyətli maliyyə itkiləri ili olub və o, federal xəzinədarlığa vergi ödəməyib. Prezidentliyinin ilk ili olan 2017-ci ildə o, dövlətə cəmi 750 dollar ödəyib, çoxmilyonluq itkiləri isə silib.
Müxtəlif biznes məsrəflərindən və itkilərindən əldə edilən gəlirlərin silinməsi Amerika vergi qanunu ilə nəzərdə tutulub və bizneslə məşğul olan amerikalıların demək olar ki, hamısı verginin azaldılması metoduna müraciət edirlər. Lakin IRS-ə görə Donald Trampın vergi bəyannamələrində IRS (...qeyd edək k, IRS Amerika Birləşmiş Ştatlarının federal hökumətinin vergiləri toplayan və vergi qanunlarını tətbiq edən dövlət qurumudur-A.B.). tərəfindən əlavə yoxlama tələb edən bir neçə şübhəli xərc maddəsi var.
IRS bir neçə ildir ki, Donald Trampın vergi qeydlərini yoxlayır, lakin keçmiş prezidentin gəlir və xərcləri hesablamaq üçün istifadə etdiyi olduqca mürəkkəb maliyyə sxemləri səbəbindən iş hələ tamamlanmayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB