Rus işğalçıları əks-təxribat aksiyaları bəhanəsi ilə Luqansk vilayətinin iki yaşayış məntəqəsindən 20-yə yaxın fermeri çıxarıblar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində yayımlanıb.
Qeyd olunur ki, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində rus işğalçıları ukraynayönümlü sakinlərin məcburi köçürülməsini davam etdirirlər.
“Beləliklə, əks-təxribat bəhanəsi ilə son bir həftə ərzində Luqansk vilayətinin Denejnikove və Ştormovoe yaşayış məntəqələrindən 20-yə yaxın yerli fermer çıxarılıb”, - məlumatda deyilir.
Rus işğalçıları lazım bildikləri hər kəsi, o cümlədən ukraynalı uşaqları Rusiyaya aparırlar. Bəzi insanlar Rusiya Federasiyasının şərqindəki şəhərlərə zorla deportasiya edilir. Ukrayna Xarici İşlər Nazirliyi ukraynalıların məcburi deportasiyasını pisləyib və Moskvanın beynəlxalq hüququ pozduğunu xatırladıb.
Belə ki, işğalçılar Xerson vilayətinin kəndlərindən birindən 34 uşağı Rusiyaya aparıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB