"Bu yaşımda belə kəndimizdən ötrü darıxıram" - MÜSAHİBƏ - FOTOLAR

Qərbi Azərbaycanlı Elbrus Novruzovun SİA-ya müsahibəsini təqdim edirik:

- İlk olaraq, özünüz haqqında məlumat verməyinizi istərdim...

- Mən Qərbi Azərbaycanın Əzizbəyov rayonunun Gabud kəndindənəm. Hazırda Odlar Yurdu Universitetində iqtisadiyyat sahəsi üzrə müəllim işləyirəm.

- Kəndinizdən deportasiya olunduqda ilk olaraq hara üz tutdunuz?

- 1905-1918-ci illərdə babalarımız Naxçıvan və digər ərazilərə deportasiya olunub. Amma yenə də öz yurdumuza qayıdıblar. Sonuncu dəfə isə onları rəsmi qaydada Yevlax rayonuna deportasiya ediblər. Amma 1948-ci ildə deportasiya olunan ailəm yenidən həmin kəndlərə qayıtmışdır. Orada uzun illər müəllim vəzifəsində çalışdıqdan sonra 1973-cü ildə atam necə bir münasibət görmüşdüsə, orada qalmaq istəmədi. Biz Şəki rayonunun Şəki kəndinə köçdük. Ailəmizdən bir bacım Qərbi Azərbaycanda evlənərək orada qalmışdı. 1988-ci ildə onlar da Şəkiyə köç etdilər.

- Ermənilər haqqında nə düşünürsünüz?

- Mən onları erməni yox, hay deyə adlandırıram. Çünki hay və erməni adlarının çox fərqi var. Erməni sözünün əsas mənbəyi “ərməniyyə” sözündən götürülüb. Onların ərmənlərlə heç bir əlaqələri yoxdur. Xundustanın (Hindistan) boş vilayətində yaşayan haylar vaxtilə gördükləri münasibətdən dolayı keçmiş Sasani dövlətinə sığınmalı olublar. Daha sonra Romanın hücumu zamanı haylar sığındıqları Sasani dövlətini onlara satır. Romanın süqutu zamanı isə ona satqınlıq edərək Osmanlı dövlətinin qanadları altına sığınırlar. Daha sonra Osmanlını ruslara, indi isə rusları Fransa və Amerikaya satır. Tarixi izlədikcə görürük ki, haylar həm satqın, həm də insanlığa ləkə olan və bəşəriyyətə qarşı həddən artıq nifrət hissi ilə dolu bir millət olublar. Bu hay tayfası qədər qəddar ikinci bir millət yoxdur. Onlar bütün sığındıqları dövlətlərə xəyanət ediblər. Satqınçılıq və xəyanət bu millətin xislətindədir.

İndi erməni mətbuatında onların dənizdən-dənizə imperiyaya sahib olduqlarını iddia edirlər. 2023-cü ildə əgər 10 milyon hay deyilən əhali formalaşıbsa, 2000 il bundan öncə yəqinki bu say ancaq 10 min olardı. Bəs, bu dənizdən dənizə qurduqları imperiyada kim yaşayıb? Bu millətin saxtakarlığının, həyasızlığının həddi-hüdudu yoxdur.

- Siz oradan köçənə qədər ermənilərlə münasibət necə idi?

- Mən 13 yaşıma qədər orada yaşamışam. Amma qohum-əqrəbamız orada yaşadığı üçün 1988-ci ilədək gediş-gəlişimiz olub. Uşaq olmağıma baxmayaraq o millətin bizə qarşı nifrətini öz üzərimdə hiss etmişəm. Doğrusu, bizi 18-20 yaşlarımıza kimi harasa özbaşına getməyə qoymurdular. Bununla belə, uşaqlarla birlikdə bizim kənddən kənarda yerləşən Paşalı qəsəbəsində satılan kitab-dəftərlərdən almaq üçün ora getmişdik. Biz həmin qəsəbənin kənarına çatanda düzən yerdə 5-6 erməni kişi yanında uşaqla oturmuşdular. Onlar bizim Azərbaycan-türk kəndlərindən gəldiyimizi görəndə uşaqları öyrətdilər ki, bizi daş-qalaq etsinlər. Bizi qəsəbəyə buraxmadılar və 6-7 km yolu kor-peşman qayıdası olduq.

- Kəndinizdən ötrü darıxırsınızmı?

- İnsan yaşlandıqca yurd-yerinə, torpağına bağlılığı daha da güclənir. Bu yaşımda belə çox darıxıram. Oradan çıxandan sonra qohumların yanına gedəndə bir o qədər həvəsli olmurdum. Çünki həmin vaxtlar başa düşmürdüm. İndi dəyərini anlayıram, kəndimizi xatırlayıb darıxıram. Oradakı dağlara, çəmənliklərə həsrət qalmışıq. Kəndimizin meyvəsinin tamı belə başqa idi. Mən o vaxtdan hələ indiyə kimi o meyvələrin dadını heç yerdə tapa bilməmişəm. Onların ətri belə burada duyulmaz. Biz almanı otaqda saxlayardıq və bütün qış boyu onun ətri hər yeri bürüyərdi. O yerlərdə yetişdirdiyimiz xiyarı kəsən kimi qoxusu dərhal hər yerə yayılırdı. O qoxular indi duyulmur... Bizim kəndlərdə bitən bəzi bitkilərin adlarını çəkəndə indi çox adam tanımır. Çünki o bitkilər bizim yerlərə məxsus idi.

- Bildiyimiz qədəri ilə siz də Qərbi Azərbaycan İcmasının üzvüsünüz. İcmanın fəaliyyəti barədə düşüncələriniz nədir?

- Qərbi Azərbaycan İcmasının yaranması zamanın və həyatın bir tələbidir. Hörmətli Prezidentimiz həqiqətən də nəyi nə zaman edəcəyini çox yaxşı bilir. Bugünkü gündə İcmanın fəaliyyətini çox müsbət qiymətləndirirəm. Eyni zamanda, yurdumuza qayıtmaq üçün Qərbi Azərbaycan İcmasının xüsusi rol oynayacağına inanıram. Hər bir Qərbi Azərbaycanlı bu İcmanın fəaliyyətində öz köməyini əsirgəməməlidir. İcma hazırda beynəlxalq ictimaiyyətdə, həmçinin, Ermənistan rəhbərliyinə münasibətdə Avropa və digər beynəlxalq qurumlarla mütəmadi əlaqə saxlayır, lazımi tədbirləri həyata keçirmək üçün addımlar atır.

- Qərbi Azərbaycana qayıdacağınıza inanırsınızmı?

- Tarix bizə çox şey göstərib. Bizim nəslimiz bəlkə də heç bir nəslin görmədiyi həyatın sürətli dəyişikliklərinin şahidi olub. Xış dövründən elektrotexnikanın inkişaf etdiyi dövrə qədər xeyli hadisələr görmüşük. Bu kontekstdən çıxış edərək deyə bilərəm ki, yeni nəsil nəinki Qərb torpaqlarımıza dönüşə, hətta bütöv Azərbaycanın şahidi olacaq. Biz onu görməsək də, yəqin ki siz gənclər görəcəksiniz.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə