Şeron Stoun köhnə qəzaya görə məhkəməyə verilib

...Hollivud aktrisası Şeron Stounu məhkəməyə verib və 35 min dollar təzminat tələb edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, buna səbə ötən il baş vermiş qəza olduğu deyilir.

Nəşrin məlumatına görə, iddiaçı Amanda Qodepskidir.

Qadın aktrisanı Los-Ancelesdəki 101-ci magistralın cənub istiqamətindəki enişində qəzaya səbəb olmaqda ittiham edir.

Qodepski əmin edir ki, qəza 2023-cü ildə baş verib. İddiaçının sözlərinə görə, Şeron Stoun sürət həddini xeyli keçib, nəticədə avtomobilə çırpılıb. Qadın şikayət edib ki, bundan sonra ona maddi ziyan dəyib, hətta əmək qabiliyyətini itirib. İddia həmçinin “ümumi ziyan” və “əmək haqqının itirilməsi” iddialarını da əhatə edib.

...Yeri gəlmişkən, Şeron Stoun daha əvvəl demişdi ki, “Sliver” trillerinin çəkilişi zamanı prodüser Robert Evans ondan həmkarı Uilyam Balduinlə münasibət qurmağı xahiş edib. Onun sözlərinə görə, əvvəllər özü aktyor olan prodüser tələbini onunla əsaslandırıb ki, o, razılaşsa, aralarında əsl “kimya” yaranacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə