Rus deputat məmurların cinsi oriyentasiyasının yoxlanılmasını təklif edib

Bu arada Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn (Vahid Rusiya partiyası) “qeyri-ənənəvi cinsi oriyentasiya” nümayəndələrinin dövlət orqanlarında, eləcə də təhsil müəssisələrində işləməsini qadağan etməyi təklif edib.

Millət vəkilinin sözlərinə görə, “ənənəvi dəyərləri qorumaq” üçün məmurların cinsi oriyentasiyası ilə bağlı yoxlamalar təşkil etmək lazımdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Xinşteyn bu barədə “Samara Review” qəzetinə müsahibəsində bildirib.

Deputatın fikrincə, dövlət postlarını dövlətin apardığı siyasətə uyğun gələn şəxslər tutmalıdır.

Bu, gənclərin təlimi və tərbiyəsi ilə məşğul olanlara da aiddir.

Xinşteyn əlavə edib.

O, həmçinin "qeyri-ənənəvi cinsi dəyərləri" təmsil edən müəllimlərə qarşı olacağını vurğulayıb.

Üstəlik, deputat hesab edir ki, hazırda “gey lobbisinin uşaqlara təsir etmək üçün təhsil mühitinə soxulmaq cəhdləri” var.

Xatırladaq ki, mart ayında Rusiya Federasiyasının Ali Məhkəməsi “Rosfinmonitoring”in Beynəlxalq LGBT Hərəkatının ekstremist təşkilatlar siyahısına daxil edilməsi barədə qərarını təsdiqləyib. Belə ki, hərəkat Rusiyada qadağandır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə