“Piknik” qrupu “tası” qaldırıb..?

...“Piknik” qrupu “Crocus City Hall”da baş verən terror aktından sonra qiymətləri xeyli qaldırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Baza Telegram kanalı yazır ki, təşkilatçılar onun çıxışı üçün təxminən 3 milyon rubl köçürməli olacaqlar, halbuki əvvəllər ifaçılar maksimum 2,5 milyon rubl tələb edirdilər.

Kanalın məlumatına görə, “Crocus City Hall”da baş verən insident qrupun konsert fəaliyyətlərinə təsir etməyib: son həftələrdə “Piknik” ən azı səkkiz şəhərdə çıxış edib. Jurnalistlər qeyd ediblər ki, musiqiçilərin əvvəlki tələbləry dəyişməyib.

Beləı ki, buraya beşulduzlu otellərdə yerləşmə, ən yaxşı istehsalçıdan bir şüşə araq, bir neçə butulka pivə, soyunub-geyinmə otağında səkkiz sendviç və peşəkar mühafizə xidməti daxildir.

Konsert zamanı təhlükəsizliyin əsas vəzifəsi tamaşaçıların və ifaçıların təhlükəsizliyini təmin etməkdir.

Xatırladaq ki, “Crocus City Hall”da terror aktı martın 22-də “Piknik” qrupunun konsertindən əvvəl baş verib. Avtomatik silahlarla silahlanmış bir qrup şəxs binaya soxulub, ziyarətçilərə atəş açıb, konsert zalını yandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə