Latviya Ukraynaya silah-sursat verəcək...

Latviya Milli Silahlı Qüvvələrin resurslarından hava hücumundan müdafiə sistemlərini, eləcə də taktiki pilotsuz uçuş aparatlarını və digər maddi-texniki avadanlıqları Ukraynaya ötürmək niyyətindədir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Evika Silina sosial şəbəkələrdə məlumat verib.

Hökumət başçısının sözlərinə görə, Riqa Kiyevə Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə və kəşfiyyat qüvvələrini təkmilləşdirməyə kömək edəcək.

Eyni zamanda Silina xatırladıb ki, Latviya Ukraynanı dəstəkləmək üçün ÜDM-in 0,25 faizini ayırır və bunu gələcəkdə də davam etdirəcək.

Xatırladaq ki, 2023-cü ildə Latviya ordusu Ukrayna Silahlı Qüvvələrini pulemyotlar, mərmilər, helikopterlər, PUA-lar, özüyeriyən haubitsalar, eləcə də yüngül silahlarla təchiz edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə