“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi hadisə yerində yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görürlər.

SİA yerli mənbələrə istinadən zərərçəkənlərin olmadığını bildirir.

Yanğının söndürülməsi işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə