"Məxməri" inqilab deyilən UNUDULMUŞ TARİX - TƏHLİL

Sərhədlərin delimitasiyası üzrə Ermənistan-Azərbaycan komissiyasının işə başlaması, Azərbaycanla həmsərhəd kəndlərin sakinlərinin etirazları, onların polislə qarşıdurmaları, ehtiyatsızlıq edən fəalların saxlanılması, qondarma erməni soyqırımı deyilən uydurmanın ildönümünün anılması nəzərdə tutularaq, sonuncu həftənin, son günlərin yadda qalan olduğu qənaətində olan haylar, əli sarıqlı, beli çantalı küçə nümayişçisinin, Nikol Paşinyanın illərlə öncə məhz bu dönəmlərdə meydana atıldığı tarixin unudulduğunu da etiraf edirlər, çünki heç hayların yadlarında da düşmədiyini görürlər. Eyni zamanda, Ermənistanın siyasi həyatını izlədiklərini bəyan edən erməni siyasətçilər, təkcə son həftə ərzində belə cərəyan edən hadisələrə diqqət yetirildiyini, yadda qaldığını, amma inqlab adında “nəinsə” yada salınmadığını, hətta unudulmuş tarix olduğunu bildirirlər.

İnqlab deyilən “qaraguruhun”, Qərbin adamının hakimiyyətə yerləşdirilməsinin yada salınmasını istəyən belə yox imiş

Bəli, həqiqətən də 23 aprel tarixinin Ermənistanda “məxməri” inqilabın ildönümü olduğu heç kimin, bircə dənə də olsa erməninin yadına belə düşmədi. “Məxməri” deyilən inqilabın ildönümü görünür, Nikol Paşinyanın da yaddşından silinib. Unudulub. Görünür, 2018-ci ildə bir neçə həftəlik yürüşlərdən və küçələrin bağlanmasından sonra ölkədə hakimiyyət dəyişikliyinin baş verdiyini, baş nazir Serj Sarkisyanın siyasi səhnədən uzaqlaşdırıldığı, istefa verdiyi və Nikol Paşinyanın hakimiyyət kürsüsünü ələ kecirdiyini haylar heç yada da salmaq istəmirlər. Əks halda, ölkə ictimaiyyətinin bununla bağlı hansısa bir xatırlamasının şahidi olardıq. Belində çanta küçələrdə var səsi ilə qışqıran Nikol Paşinyan yəqin, əli yaralandığını da unudub. Yaxud da, heç onun özü də bu qondarma inqlab haqqında düşünmək, xatırlamaq istəmir, baxmayaraq ki, inlabla hakimiyyəti əlinə keçirmiş oldu. Belə çıxır ki, həmin inqlab deyilən “qaraguruhun” mahiyyət etibarı ilə bir nəfərin, daha dəqiq desək, Qərbin adamının hakimiyyətə “yerləşdirilməsi” olduğunu artıq haylar anlayıblar və onlara “qızıl dağlar” vəd edən adamın heç nəyə nail olmadığını, Qərbin də onlarla “oyun” oynadığını başa düşdükləri üçün bu tarixi yada da salmırlar, yəni, çoxdan unudlar.

Həmin tarixin bir də xatırlanılması, yada salınması zərrə qədər də maraq kəsb etmir

Doğrudur, Qarabağ klanının, Sarkisyan və Koçaryanların “nəğməsi” çoxdan oxunmuşdu və onların istefası, siyasi səhnədən getmələri labüd idi. Haylar da yaxşı başa düşürlər ki, həmin klanın hakimiyyəti davam edə bilməz. Başa düşürdülər ki, onlar getməlidirlər. Amma bununla belə haylar qarşılaşdıqları məğlubiyyətlərinin, ələlxüsus 44 günlük müharibə zamanı rüsvayçı məğlubiyyətlərinin, qarşılaşdırları səfalətin, rəzaləyin fonunda onların gedişinə də, Nikol Paşinyanın gəlişinə də sevinə bilmədilər. Bəzi erməni siyasətçiləri 44 günlük müharibədən sonra elə bir şəkildə təəssüflə deyirdilər ki, aprelin 23-də məxməri inqilab oldu, Paşinyan hakimiyyətə gəldi, aprelin 24-dən erməni “soyqırımına” onun tərəfindən başlanıldı. Təbii ki, onlar qarşılaşdıqları rüsvayçı məğlubiyyət fonunda, itgilərini nəzərə alaraq belə fikirlər səsləndirirdilər. Məhz indi də, 2024-cü ildə heç bir jurnalist və ya politoloq tərəfindən 23 aprel gününün Sarkisyanın başçılıq etdiyi kriminal oliqarxiyanın avtoritar rejiminin devrildiyini belə dilə gətirmədiyi səbəbsiz deyil. Çünki Qərbin demokratiya adı qoyduğu qondarma “inqlab” oyununun mahiyyətinin əslində yalnız haylardan istifadə edərək, Rusiya yönümlü qüvvələrin devrilməsi, uzaqlaşdırılması, hansısa qüvvələrin öz maraqları naminə təşkil edilməsi indi erməni cəmiyyətinə gec də olsa aydın olub. Məhz elə bu baxımdan da həmin tarixin bir də xatırlanılması, yada salınması zərrə qədər də maraq kəsb etmir deyə tamamilə unudulmasında qeyri adi nə isə axtarmağa dəyməz.

Ermənistanda demokratiyadan danışmaq, həmin inqlabdan sonra müsbət dəyişikliklərin olduğundan bəhs etmək olmaz

İndi Ermənistanda demokratiyadan danışmaq, həmin inqilabdan sonra müsbət istiqamətdə dəyişikliklərin olduğundan bəhs etmək mümkündürmü? Xeyr, mümkün deyil. Çünki inqlab başa çatar-çatmaz dərhal vətəndaşların "qara" və "ağ"lara bölünməsinə başlanıldı. Baş nazir bir sıra “istədiyi” qərarları qəbul etməyə başladı. Onun qəbul etdiyi qərarlar cəmiyyəti, erməni cəmiyyətini əhəmiyyətli dərəcədə parçaladı. Bütün bunlar da məhz baş nazirin populist şüarları altında baş verdi, müşahidə edildi. Özündən əvvəlki hakimiyyəti rüşvətxorluqda, dövlət vəsaitlərini mənimsəməkdə ittiham edən Paşinyan hökumətinin özünün də pula, var-dövlətə həris olduğu ortaya çıxdı, bəlli oldu. Onlar büdcədən birbaşa pul mənimsəməsələr belə, “səxavətlə” özlərinə bonuslar yazmağa başladılar və bununla bağlı qətiyyən “xəsislik” etmədilər. Öz iş yerinə velosipedlə gedən, bunu nümayişkəranə edən erməni baş nazir Nikol Paşinyan, sonradan ən son model və ən bahalı avtomobillərdə gəzməyi, ucqar kəndlərə belə həmin avtomobillərdə yollanmağı qərara almış oldu. Bir-birinin ardınca xarici ölkələrə səfərlər edərkən də rəzil və səfalət durumunda olan Ermənistanın büdcəsini qətiyyən nəzərə belə almadı və xüsusən özü üçün nəzərdə tutulan təyyarələrdə mütəmadi olaraq səfərlər etməyə başladı. Nikol Vovayeviçin hər gün öz mühafizəçilərinin sayını artırması da erməni cəmiyyətinin diqqətindən yayınmadı və onun əhali ilə son görüşünə səkkiz mühafizəçi ilə getdiyini haylar dərhal müşahidə etdilər. Hətta, Ermənistana məxsus mətbuat səhifələrində də bunu əks etdirən foto və video materiallar yaymlandı və bu zaman sual olunurdu ki, erməni baş nazir nədən belə qorxmağa başlayıb ki, mühafizəçilərinin sayını artırmalı olub? Belə çıxır ki, Nikol elə nədənsə qorxurmuş. Əks halda heç mühafizəçiyə belə ehtiyac duymamalı idi, axı onu guya xalq seçmişdi və xalqın adamı, xalqının maraqlarından çıxış edən adam kimi tanımalı idilər. Deməl, qeyd olunan kimi tanınmadığını özü hamıdan yaxşı bilir və belə birinin küçə və meydanda inqlab deyə çığırması, yaxud, nəticədə onun hakimiyyətə gəlməsi və erməni cəmiyyətinin heç bir nailiyyət əldə etməməsi fonunda niyə də haylar “məxməri” deyilən qondarma inqlabı yada salmalı idilər? Bunun, bu qondarma inqlabın unudulması elə tamamilə məntiqidir və bunu, unudulmuş tarixi elə haylar özləri də qəbul etməkdədirlər.

Ermənistan üçün demokratiya deyilən bəhanələr də ciddi şəkildə qəbul edilmir. Azad söz, insan haqları deyilən istiqamətdə də vəziyyət haylar üçün ürəkaçan deyil. Beləki, Freedom House və Dövlət Departamenti də şahidlik və təsdiq edir ki, Ermənistanda nə hüquqşünaslar, nə də jurnalistlər özlərini azad hiss etmirlər. Yəni, demokratiya bəhanəsi ilə Ermənistana soxulan, demokratiyanı alət edərək İrəvanda özünə yer eləməyə çalışan Qərb özü də həmin ölkədə demokratiyanın olduğunu inkar edirsə, təsdiqləmirsə, haylar hansı günlərinə sevincək olub, həmin o “məxməri” deyilən qondarma inqlabı xatırlamalı idilər axı? Həmin o inqlab adlı oyundan haylara qalan nə oldu, səfalətdən, rəzalətdən başqa? Belə bir tarixin unudulması məhz bu baxımdan heç də təəccüb doğurmur.

Hayların taleyinə dünyanın heç bir yerində qibtə edən tapılmaz

Haylar artıq heç bir müqavimət göstərə bilməyəcək qədər zəifdirlər və bunu özləri hamıdan yaxşı bilirlər, yoxsa çoxdan burunlarını ərazilərimizə soxar, hansısa əraziləri ələ keçirmək üçün ortaya atılardılar. Bilirlər ki, zəiflikləri bir tərəfə, Qərb ölkələri ilə Rusiya arasında bütün mümkün manipulyasiyalara əl atdıqları üçün vəziyyətlətləri tamamilə açınacaqlıdır. Üstəlik, Moskvanın haylara eyham vurmasından sonra, bədbəxt Ukraynanın taleyini bölüşə biləcəkləri barədə xəbərdarlığından sonra yuxuları da ərşə çəkilib. Bu ölkənin taleyinə dünyanın heç bir yerində qibtə edən tapılmaz. Artıq geriyə qayıtmağın mümkün olmayacağını, artıq əvvəlki kimi olmadıqlarını, ətrafdakı mühitin, dünyanın da eyni olmadığının düşünən haylar yollarının ümidsizlikdən keçdiyi qənaətinə gəlməkdədirlər. Levon Zurabyan kimi partiya sədrlərinin, siyasətçilərin timsalında hər bir erməni düşünür ki, erməni baş nazir “həm özünü, həm də Ermənistanı çıxılmaz vəziyyətə salıb”. Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan Qərbin uzunmüddətli perspektivdə Paşinyanın gücünü artıq etibarlı hesab etmədiyini bildirir və bu yolda da ümudsizliyin hökm sürdüyü bildirilir. Erməni siyasətçiləri məhz bir siyasətçi kimi baş nazir Nikol Paşinyana üç qiymət verdiklərini açıq şəkildə bəyan edirlər və bu qiyməti niyə verdiklərini də əsaslandırırlar.

Bir çoxları proqnoz verirlər ki, ölkəyə rəhbərlik etməyə layıq fiqur sayılmayan Nikol Paşinyan bəlkə də yaxın zamanda ölkəni idarə etməkdən uzaqlaşdırılar. Hətta bir çoxları onu da gizlətmirlər ki, kim bilir, vəziyyət onun üçün xoşagəlməz inkişaf etdiyi təqdirdə, ölkəni tərk etməli belə ola bilər. Təbii ki, buna da hətta şansı, imkanı ola bilsə. İndi bütün bunların fonunda həmin o haqqında proqnozlar verilən Paşinyanın hakimiyyətə gəlişini təmin edən qondarma, dırnaqarası “inqilab” kimin üçün bayram hesab oluna bilər axı? Belə bir günü kim xatırlaya bilər? Bu tarix unudulmaya bilərmi?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə