Sui-qəsd cəhdindən sağ çıxan Slovakiyanın baş naziri Robert Fiko şüurundadır və öz çevrəsindən olan insanlarla ünsiyyətdədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Echo24 siyasətçinin xəstəxanaya yerləşdirildiyi Banska Bystrica Universitet Xəstəxanasına istinadən xəbər verir.
Xəstəxana rəsmiləri Fikonun vəziyyətinin stabilləşdiyini bildiriblər.
Onların fikrincə, "klinik olaraq yaxşılaşır" - ünsiyyətcildir və testləri tədricən normallaşır.
Qeyd edək ki, mayın 19-da xəstəxana artıq Slovakiya hökuməti başçısının həyatı üçün təhlükə olmadığını, lakin onun sağalmasının uzun sürəcəyini bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB