Ehtiyyat hissələri satarkən aldatmayın, alarkən isə aldanmayın - ARAZ ƏSGƏRLİ
“Bütünlükdə dünyada olduğu kimi ölkəmizdə də avtomobil həvəskarları və bu həvəsdən formalaşan biznes mühitini dəyərləndirib sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər var. Hər bir şəxsin isə bu sahələrdəki fəaliyyəti və məsuliyyəti qanunların tələbi ilə formalaşır. Təəssüflər olsun ki. zaman-zaman istismar qaydalarının pozulması, eləcə də normativ tələblərə riayət edilmədən quraşdırılan avadanlıqlar Dövlət Yol Polisi tərəfindən avtomobilin təchizatında aşkarlandıqda və bununla bağlı qanuni tədbir görüldükdə bizə belə suallar ünvanlanır ki, “Bəs həmin avadanlıqlar nə üçün satılır?” və ya “Onu satanlar barədə niyə tədbir görülmür?””. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
Araz Əsgərli sözlərinə belə davam edib: “Bu məsələyə aydınlıq gətirmək üçün bildirməliyik ki, satışı qadağan olan məhsulla təyinatı üzrə düzgün formada quraşdırılmayan və ya istifadəsi qadağan edilən, həmçinin istismar qaydalarını pozaraq məsuliyyət yaradan hallar tamamilə ayrı anlayışlardır. Yəni ehtiyyat hissələri misal üçün işıq cihazları, avtomobil üçün yaylar, sükan sistemləri, təkərlər (ölçüyə uyğun olmadan quraşdırılarkən)və ya digər formada sayrışan işıqlar, çox avazlı səs siqnalları kustar metodlarla hazırlanmış pərdələr, səs boğucu qurğular və digərləri məsuliyyəti o zaman yaradır ki, şəxs ya onu səhv formada quraşdırır, və ya qadağan edildiyi halda istifadə edir. Təbii ki bu növ avadanlıqları və ya ehtiyyat hissələrini satan şəxslərdə onun istismarında yarana biləcək problemləri nəqliyyat vasitəsinə uyğun olub olmaması barədə vicdanlı şəkildə istehlakçıya izah etməlidir. Lakin bu ehtiyyat hissələrini alıb, quraşdırıb və nəticədə qayda pozuntusuna yol verən şəxslərdə sonradan yaranan məsuliyyətsizliklərinə “bilmirdim” kimi ifadələrlə haqq qazandıra bilməzlər. Çünki qanun bilməməyə görə heç kimi məsuliyyətdən azad etmir. Satıcı əgər məhsul barədə düzgün izah verirsə, alıcı da qarşılığında buna məhəl qoymursa, bu artıq daha təhlükəli vəziyyət yaradır və qanun keşikçisidirsə belə hallarla mübarizə aparmağa borcludur. İstər müxtəlif məhsulları satanlar, istər onu quraşdıranlar, istərsə də alıcılar öz maddi maraqlarını qanuni maraqlardan üstün tutmaqla cəmiyyətin yol hərəkəti təhlükəsizliyi kimi həyati əhəmiyyətli marağını təhdid altında qoymamalıdır!
Hörmətli sürücülər, nəzərə alın ki, istismar qaydasını pozaraq idarə etdiyiniz avtomobil normal halda inzibati məsuliyyət yaradırsa, qəza baş verdikdən sonra isə onun nəticələrinə görə həmin vəziyyət Sizi hətda cinayət məsuliyyəti ilə belə üz-üzə qoya bilər. Kimisi avtomobilə olan marağına, kimisi isə maddi marağına görə bu proseslərdən kənarda qalan və təhlükəsiz yaşamaq hüququna malik olan vətəndaşlarımıza heç bir formada təhlükə yaratmamalı və düzgün olmayan hərəkətlərin nəticəsində əlavə narahatlıq və narazılıqdan vaxtında çəkinməlidir. Avtomobil gün ərzində birimizin nəqliyyat ehtiyacını ödədiyi halda digərinin isə həyatda keçimini qarşılayır. Ona görə də istismarınızda olan nəqliyyat vasitələrinə lazımsız müdaxilələr etməklə əlavə məsuliyyət qarşısında qalmaq əvəzinə, cərimələrə, və ya qadağan olunmuş avadanlıqlara ödəyəcəyiniz vəsaiti vaxtlı-vaxtında avtomobilinizin texniki sazlığına və doğmalarınızın ehtiyaclarına xərcləyin ki, özünüzün və ətrafdakıların həyatı təhlükəsiz olsun!”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB