Belqorodda ölənlərin kimliyi müəyyən edilib...

Belqorodda ölənlərin kimliyi müəyyən edilib...

Mayın 12-də Ukrayna Silahlı Qüvvələrinin (AFQ) Belqorodda yaşayış binasına hücumu zamanı həlak olan 17 nəfərin hamısının şəxsiyyəti məlum olub.

SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi Telegram kanalında məlumat yayıb.

Genetik müayinə aparılıb. İstintaq Komitəsi onu da əlavə edib ki, istintaq hələ də davam edir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri mayın 12-də səhər saatlarında Belqoroda hücum etmişdi. Rusiya hava hücumundan müdafiə qüvvələri 4 Vampire MLRS mərmisini, 2 Vilkha MLRS mərmisini və 6 Toçka-U raketini vurmuşdu.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da öz növbəsində vilayət hakimiyyətinin hündürmərtəbəli binanı bərpa edəcəyini açıqlayıb.

Deyilənlərə görə, tikinti üçün 350 milyon rubl ayrılacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə