...Rusiya prezidenti Vladimir Putin Vladimir Tolstoyu müşaviri vəzifəsindən azad edib. Müvafiq fərman hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
...Vladimir İliç Tolstoy Rusiya Federasiyası Prezidentinin müşaviri vəzifəsindən azad edilsin.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənədin mətnində belə deyilir.
Xatırladaq ki, Tolstoy M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1993-1994-cü illərdə Mədəniyyət Nazirliyində aparıcı ekspert vəzifəsində çalışıb. 1994-cü ildən Tolstoyun Yasnaya Polyana malikanəsinin baş direktoru vəzifəsində çalışıb.
2012-ci ildən o, Rusiya prezidentinin mədəniyyət üzrə müşaviri kimi çalışırdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB