Hansı qidalarda Çin duzundan istifadə olunur? - DİQQƏT! - MÜNASİBƏT BİLDİRİLDİ

Hansı qidalarda Çin duzundan istifadə olunur? - DİQQƏT! - MÜNASİBƏT BİLDİRİLDİ

"Çin duzu dadlandırıcı kimi istifadə olunan bir növ kimyəvi qida əlavəsidir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, Çin duzunun tərkibi monosodyum glutamatdır: "Daha çox Çin restoranlarında istifadə olunduğu üçün buna Çin duzu adı verilib. Mütəxəssislər uzun araşdırmalar nəticəsində görüblər ki, sağlamlığa bir çox zərərləri var. Əsas da toxluq hissini boğur və əlavə olduğu üçün bütün yeməklərə ləzzət qatır. Daha çox yemək istəyi yaradır.

Bundan başqa da toxluq hissi verdiyi üçün Çin duzu piylənməyə gətirib çıxarır. Daha çox da uşaqların qəbul etdiyi hamburgerlərdə, kolbasa, çipsilərdə istifadə olunur. Kartof qızartmasına, ət, toyuq dönərinə də Çin duzundan əlavə edirlər. Bu Çin duzu asılılıq yaradır. İnsanda bu qidaları daha çox yeməyə meyl yaranır. Bu da öz növbəsində piylənməyə gətirib çıxarır".

"Çin duzu beynimizə, sinir sisteminə zərər verir, zəhərli maddədir. Ən çox da orqanizmdə iltihabi reaksiyalara səbəb olur. Baş ağrıları, diabez, alzeymr kimi bir çox problemlərə səbəb olur. Eyni zamanda allergiya da yaradır, gözlərə zərər verir.

Çin duzu ən əsası yeməklərə ləzzət qatır. İnsan yeməkdən doymur, daha çox yemək ehtiyacı yaranır. Həmin qidalardan aludəçilik yaranır. Buna görə də restoranlar, dönərxanalar, qida istehsalçıları Çin duzundan kifayət qədər istifadə edirlər. Halbuki, tədqiqatlar göstərir ki, uşaqlar və gənclər üçün həddindən artıq zərərlidir. Bu baxımdan çalışmaq lazımdır ki, uşaqlar bu duzun istifadə olunduğu qida məhsullarından uzaq tutulsun. Ona görə bu zəhərli qidalara meyl etdikcə bir çox xəstəlik və piylənmə də sürətlə artır. Bu səbəblə uşaqlarımızı paketli qidalardan uzaq etməliyik. Çünki böyümə hormonlarına da təsir edir. Yaxud da erkən böyümə, böyümənin qarşısının alınmasına, köklüyə, piylənməyə gətirib çıxarır. Buna görə də fast Food tərzi ilə qidalanmadan, hazır qablaşdırılmış qidaları uşaqların pəhrizindən mütləq çıxarmaq lazımdır.

Alimlər də hesab edir ki, uşaqlar daha çox valideynlərini nümunə götürürlər. Ona görə də valideynlər ilk növbədə qida rasionlarından bu kimi qidaları çıxarmalıdırlar. Restoranlarda yemək yedikləri zaman daha çox sağlam qidalara üstünlük verilməlidir. Fast Food qidalar, kartof qızartması, hamburger kimi qidalardan uşaqları uzaq saxlamaq lazımdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə