...Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu ilə Fələstinin HƏMAS hərəkatının liderlərini eyni səviyyəyə qoymaq cəhdi qəbuledilməzdir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Polşanın Baş naziri Donald Tusk sosial şəbəkədə bildirib.
...Öz qiymətləndirməsində Netanyahu həqiqətən də Yaxın Şərqdəki böhrana görə məsuliyyət daşıyır.
Eyni zamanda, İsrailin baş naziri və HƏMAS liderlərini eyni səviyyəyə qoymaq qəbuledilməzdir.
Tusk vurğulayıb bunu.
Xatırladaq ki, bazar ertəsi, mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Əhməd Xan Netanyahunun, İsrailin müdafiə naziri Yoav Qalantın, eləcə də Fələstin hərəkatının üç lideri: Yəhya Sinvar, Məhəmməd İbrahim Əl-Masri (Deifa) və İsmayıl Həninin həbsinə orderlərin verilməsini tələb etdiyini açıqlamışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB