...Moskvanın Sokol bələdiyyə dairəsinin keçmiş rəhbəri Nikolay Stepanov siyasətçi İlya Ponomarevin (Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib) işi üzrə axtarışa verilib.
SİA bu barədə TASS və RİA Novosti-nin hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb. Müstəntiqlərin fikrincə, Stepanov Rusiya Federasiyasında qadağan edilmiş “Xalq Deputatları Konqresi”nin
fəaliyyətində iştirak edib.
Bundan əlavə, sabiq deputat Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan siyasi və ictimai xadimlərlə, o cümlədən Gennadi Qudkov və Mark Feyqinlə (hər ikisi Rusiya Ədliyyə Nazirliyinin xarici agentlər siyahısına daxil edilib) sıx əlaqədə olub.
Təhlükəsizlik rəsmiləri də hesab edir ki, bu, müəyyən siyasi əlaqələr vasitəsilə qadağan olunmuş təşkilatların qanunsuz hərəkətləri ilə bağlı ola bilər.
Xatırladaq ki, Nikolay Stepanov 2021-ci ildə Saratov vilayətində qanunsuz sığın ovladığına görə saxlanılan Rusiya Federasiyası Kommunist Partiyasından olan keçmiş Dövlət Dumasının deputatı Valeri Raşkinin köməkçisi işləyib.
Qeyd edək ki, həmən vaxt Valeri Raşkin qanunsuz ovda ittiham olunaraq 3 il şərti cəza almışdı.
Yeri gəlmişkən, 2022-ci ilin mayında Raşkin deputat mandatından məhrum edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB