Onlar dövlət çevrilişi hazırlayırmışlar..?

Frankfurtda bir qrup reyxsburqerə qarşı ikinci məhkəmə prosesi başlayıb
Onlar dövlət çevrilişi hazırlayırmışlar..?

Frankfurtda bir qrup reyxsburqerə qarşı ikinci məhkəmə prosesi başlayıb. Doqquz şübhəli Hessian Ali Məhkəməsi qarşısına çıxdı. Onların arasında qrupun rəhbəri, zadəgan nəslindən olan 71 yaşlı şahzadə Henri XIII Roys, həmçinin hərbi hissənin rəhbəri Rüdiger fon Peskatore də var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, federal prokurorlar onları silahlı çevriliş hazırlamaqda ittiham edirlər.

Qeyd edək ki, qrupun 9 üzvü də terror təşkilatına üzv olmaqda və ya ona dəstək verməkdə ittiham olunur. Təqsirləndirilənlər arasında keçmiş Bundesver əsgərləri və keçmiş hakim, Almaniya üçün Alternativ partiyasından Bundestaqın üzvü Birgit Malzak-Vinkelman da var.

Şübhəlilər 2022-ci ilin dekabrında həbs ediliblər. Müstəntiqlərin fikrincə, 2021-ci ilin avqust ayından etibarən qrup “X” günü dövlət çevrilişi planlaşdırır və hazırlaşırmışlar”.

İddialara görə, müttəhimlər Berlində Reyxstaq binasını ələ keçirmək, sonra isə deputatları həbs etmək istəyiblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə