Kanada Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

Kanada Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib

Kanada hakimiyyəti Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Belə ki, onların sırasına iki fiziki və altı hüquqi şəxs daxil edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, Rusiya şirkətlərinin iki yüksək rütbəli nümayəndəsi KXDR-dən Rusiyaya silah ötürülməsində iştirak edir.

Ottavanın sözlərinə görə, bu fəaliyyətlə altı hüquqi şəxs də məşğul olur.

Qərb ölkələri 2022-ci ildə Ukraynada xüsusi əməliyyata başlayandan sonra Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb. Məhdudlaşdırıcı tədbirlərdən biri də Mərkəzi Bankın qızıl-valyuta fondunun dondurulması olub.

Maliyyə naziri Anton Siluanovun sözlərinə görə, təxminən 300 milyard dollar bloklanıb.

Bundan sonra ABŞ və Avropa İttifaqı hakimiyyəti hələ də davam edən Rusiya aktivlərinin müsadirə edilməsinin qanuni üsullarını axtarmağa başlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə