Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Şəkidə axşam saatlarında 55 CD767 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 53 yaşlı şəhər sakini Nəcibə Müzəffər qızı Laçınovanı vurub.

SİA xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstə müayinə edilib, müalicəsi davam etdirilir. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə