“Cəmiyyətə mənəvi dəyərlərin əhəmiyyəti aşılanmalıdır“ - DİN XADİMİ
“Müasir dövrdə din xadimlərinin əsasən cəmiyyətdə dini-mənəvi dəyərlərin aktuallığını itirməsinin qarşısını almasına ehtiyac var. Cəmiyyətimizdə dini-mənəvi dəyərlərin aktuallığını itirməsi dedikdə, insani keyfiyyətlər, yardımlaşma, ədəb-ərkan, hörmət, iffət kimi xüsusiyyətlər xeyli dərəcədə azalması nəzərdə tutulur. 44 günlük Vətən müharibəsi zamanı fədakarlıq duyğusunun gənclərimizdə çox olduğunu da gördük. Amma etiraf etmək lazımdır ki, bunu biz yaratmamışıq”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
O bildirib ki, vətənpərvərlik, fədakarlıq duyğuları onların fitrətindən, gənclik saflığından doğan duyğulardır: “Təəssüf ki, təbliğatın nəticəsi deyil. Cəmiyyətə mənəvi dəyərlərin əhəmiyyəti aşılanmalıdır. Hər şey kariyeradan ibarət deyil. İnsanlar yalnız “daha çox qazanım, daha çox məşhur olum” aurasından çıxmalıdırlar. Bunların olması pis deyil, lakin onların önündə mənəvi dəyərlər, ailə bağları durmalıdır. Hazırda bütün dünyada ailə bağları darmadağındır. Təəssüf ki, ölkəmizdə də bu hal özünü göstərir.
Digər tərəfdən maddi təfəkkürü balanslaşdırmaq lazımdır. Maddiyat olmasa həyat olmaz, amma maddiyat həyatın özü deyil. Həyatın məqsədi maddiyat deyil. Biz insanıq və bizim mənəvi dəyərlərimiz bütün hallarda maddi dəyərlərimizdən üstün olmalıdır. Həmçinin dinin toxunulmazlığı məsələsi aradan qalxıb. İstənilən sahədə savadı olan şəxs dini sahədə mütəxəssis kimi rəy bildirir. Bu çox ağrılı haldır. Belə davam edərsə, dinin izahı təhrif olunacaq. Cəmiyyətin dini biliyin intellekt olaraq yüksəkdir, hər kəsin dindən bu və ya digər formada başı çıxır. Lakin dinin ən əsas prinsiplərini bilən azdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB