“COP29 ərəfəsində iaşə və turizm sektoru özünün ən yüksək dövrünü yaşayacaq“ - İQTİSADÇI FİKİR BİLDİRDİ
“COP29 Azərbaycan tarixində keçirilən ən böyük tədbirdir. İndiyə qədər keçirilən digər beynəlxalq əhəmiyyətli tədbirlər belə daha az kütləni əhata edib. Bu tədbir çərçivəsində ölkəmizə 70-80 min nəfər qonağın gələcəyi gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, COP29 konfransı bir neçə gün deyil, 2 həftəyə qədər müddət ərzində davam edəcək: “Bu tədbir çərçivəsində ölkəmizə gələn qonaqlar içərisində hökumət rəhbərləri, prezidentlər, biznes rəhbərləri, QHT rəsmiləri olacaq. Bu da təbii ki, tədbirin əhəmiyyətini artıran digər məqamdır.
COP29 sayəsində ölkəmiz daha da tanınacaq. Lakin bu konfransın keçirilməsi həm də böyük xərc və investisiya tələb edir. Hazırda da bu istiqamətdə sürətli işlər aparılır. Lakin yeni tikintilərin gələcəkdə boş qalması iqtisadiyyat üçün mənfi nəticələnə bilər. COP29 ərəfəsində iaşə və turizm sektoru özünün ən yüksək dövrünü yaşayacaq, xidmət sektorunda ciddi artımlar olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB