Avropa bloku ilə saziş bağlayan ilk ölkə...

Avropa bloku ilə saziş bağlayan ilk ölkə...

Moldova Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayıb. Avropa İttifaqının xarici siyasət rəhbəri Josep Borrellin dediyinə görə, bu, Avropa bloku ilə belə saziş bağlayan ilk ölkədir.

SİA-nın əldə etdiyi məlumata görə, Borrell X sosial şəbəkəsində yazıb ki, “...bu tərəfdaşlıq ölkənin dayanıqlığını gücləndirəcək... bizə ümumi təhlükəsizlik məsələlərini birgə həll etməyə, qarşılıqlı fəaliyyətimizi daha effektiv etməyə və əməkdaşlığın yeni sahələrini araşdırmağa imkan verəcək”.

Qeyd edək ki, sənədin imzalanması mərasimi Brüsseldə baş nazir Dorin Recean və Baş nazirin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimovanın rəhbərlik etdiyi Kişinyovdan olan hökumət nümayəndə heyətinin iştirakı ilə baş tutub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə