Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün Binə Atçılıq Mərkəzində ölkəmizin ənənəvi milli idman növlərindən biri olan Çövkən oyununa həsr olunmuş Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasimi keçirilib. SİA xəbər verir ki, bu gün Peşəkar Çövkən Liqasının 1-ci turunun ilk 2 oyunu keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandasının mövsüm ərzində çempionluq uğrunda mübarizəsi olub. Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdiyi möhtəşəm şou nömrəsi və komandalar arasında iki maraqlı oyun da olub. Keçiriləcək oyunlar püşkatma əsasında müəyyən edilib. Püşk nəticəsində ilk turda qarşılaşan cütlüklər bunlardır:
"Sərhədçi" - "Ağstafa Dilbaz"
"Polad" - "Zəfər"
"Ömər" - "Embavud"
"Elit" - "Köhlən"
"Şirvan" - "Qarabağ"
Bu günə və ilk tura olan qarşılaşmalar yekunlaşıb:
"Omar" 1 - 0 "Embawood"
"Sərhədçi" 7 - 0 "Ağstafa Dilbaz"
Liqanın 1-ci turunun qalan 3 oyunu isə 22 may 14:00 tarixdə eyni məkanda davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB