Bölgələrə yağış yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB

Bölgələrə yağış yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB

Mayın 21-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Culfa, Ordubad, Zaqatala, Şəki, Yardımlı, Lənkəran, Lerik, Göygöldə yağış yağıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lerik, Qrız, Daşkəsən, Göygöldə duman müşahidə olunub.

Saat 15:04 radələrində Zaqatala rayonuna xırda dənəli dolu düşüb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 16-21, Aran rayonlarında 21-24, dağlıq rayonlarda 8-12 dərəcə isti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə