Bilyard üzrə "Quba Open” turniri keçirilib

Bilyard üzrə "Quba Open” turniri keçirilib

Quba Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Bilyard Federasiyasının (ABF) dəstəyi ilə “Quba Open” turniri keçirilib. Bu barədə SİA-ya ABF-dən məlumat verilib.

30-dan çox idmançının iştirak etdiyi turnirdə Orxan Hacıyev birinci, Nicat Talıbov ikinci, Rza Məlikov və Anar Ramazanov isə üçüncü yeri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə