Bayden Misir və Qətər liderləri ilə Qəzza məsələsini müzakirə edib

ABŞ prezidenti Cozef Bayden Misir və Qətər liderləri ilə keçirdiyi görüşlərdə onlardan Qəzzada atəşkəsin təmin olunması və girovları azad edilməsi üçün 'Həmas'''a təzyiq göstərmələrini istəyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Ağ Evdən verilən bəyanata görə, Cozef Bayden Misir prezidenti Əbdülfəttah Es-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə telefon əlaqəsi saxlayıb.
Cozef Bayden söhbət zamanı hazırda gündəmdə olan Qəzzə ilə bağlı atəşkəs danışıqları mövzusunda göstərdikləri səylərə görə Sisi və Şeyx Təmimə təşəkkür edib.
''Həmas''ın atəşkəslə bağlı təklifi qəbul edəcəyi təqdirdə atəşkəsin dərhal əldə ediləcəyini, intensiv humanitar yardımın bölgəyə daxil olacağını və bunun müqabilində ''Həmas'' tərəfindən saxlanılan girovların azad ediləcəyini qeyd edən Bayden Misir və Qətər liderlərindən ''Həmas''a təzyiq göstərmələrini istəyib.
Xatırladaq ki, aprelin 26-da Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs ilə məhbus mübadiləsi razılaşması təklifinin ''Həmas''a təqdim edildiyi və ''Həmas''ın bu təklif üzərində çalışdığı və tezliklə cavab verəcəyi açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə