"Məqsəd cüzi üstünlük əldə etməkdir"

"Borussiya"nın (Dortmund) baş məşqçisi Edin Terziç Çempionlar Liqasının yarımfinalında PSJ ilə qarşılaşmanı şərh edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında danışıb:

“Sabah üçün əsas məqsəd cüzi üstünlük əldə etməkdir. Lakin biz finala çıxmaq üçün bütün 180 dəqiqə ərzində çox çalışmalı olacağıq, bəlkə də daha çox”.

Qeyd edək ki, "Borussiya"nın PSJ ilə ilk oyunu evdə olacaq. Komandalar mayın 1-də "Siqnal İduna Park" stadionunda üz-üzə gələcək. Parisdəki cavab oyunu mayın 7-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə