Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə E.Süleymanov “X” sosial şəbəkəsində paylaşım edib.

Səfir bildirib ki, görüşdə Azərbaycan-Böyük Britaniya arasında mükəmməl tərəfdaşlığı və regionda davamlı sülhü vurğulayan hərtərəfli müzakirələr aparılıb.

Elin Süleymanov səmimi qəbula görə, həmçinin COP29-a hazırlıq ərəfəsində olan Azərbaycana Britaniyanın dəstəyi üçün britaniyalı nazirə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə