“Ukraynanın müttəfiqlərinə inamı sarsılıb...”

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın müttəfiqlərinə inamının sarsıldığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Reuters” agentliyinə müsahibəsində bildirib.

...Əlbəttə ki, söz verdiyimizi yerinə yetirməməyimiz etibarını sarsıtdı.

Bunu Stoltenberq qeyd edib.

Alyansın Baş Katibi əlavə edib ki, proqnozlaşdırıla bilən və hesabatlılığı təmin etmək üçün güclü, institusional dəstək çərçivəsinə ehtiyac var.

Stoltenberq Ukraynaya yardım göstərilməsi mexanizmlərinə yenidən baxmağa çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə