Pentaqon hələ ki, Ayı hərbiləşdirməyəcək..?

Bu arada Pentaqonun kosmos siyasəti üzrə köməkçisi Con Plamb, ABŞ Müdafiə Nazirliyinin hələ ki(?) Ayı hərbiləşdirmək imkanını görmədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Onun fikrincə, hadisələrin bu cür inkişafı heç də mümkün görünmür.

O hesab edir ki, heç kim Yer peykinin bütün məsafəsi boyunca tədarük zəncirlərini qorumağa qadir deyil.

Bundan əvvəl məlum oldu ki, Roskosmos dövlət korporasiyası 1969-cu ildə SSRİ Ümumi Mühəndislik Nazirliyinin kollegiya iclasının stenoqramını dərc edib.

Burada SSRİ ilə ABŞ arasında Ay yarışı müzakirə olunub. Pentaqon bilavasitə Yer orbitində və Ayda obyektlərin istehsalı proqramına başlamağı planlaşdırır.

Onun əsas məqsədi daşıyıcı aparatlarda strukturları işə salarkən çəki və ölçü məhdudiyyətlərini aradan qaldırmaqdır. İdeyanın özü yeni deyil, lakin ABŞ-ın indiki yanaşması əvvəlkilərdən fərqlidir.
Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə