Ermənistanın Rusiya ilə münasibətlərində problemlər var...

...İrəvanla Moskva arasında münasibətlərdə müəyyən problemlər var, tərəflər onların həlli üzərində işləyirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

TASS xəbər verir ki, Əl-Cəzirə televiziyasına müsahibəsində Mirzoyan bildirib ki, Ermənistan və Rusiya mövcud problemlərin həlli üçün dialoq aparır.

Onun sözlərinə görə, onların arasında “tam qarşılıqlı anlaşma tələb edən” məsələlər var.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Avropa İttifaqındakı səfiri Rusiyanın Qafqazdakı maraqlarına zərbə vurmağı intihar adlandırmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə