Qabağına çıxanı “qılıncdan keçirirmiş”..?

Londonda, Hainaut bölgəsində polis küçədə qılıncla gəzərək təsadüfi yoldan keçənlərə hücum edən şəxsi həbs edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Associated Press” yayıb.

Saxlanılan zaman cinayətkar müqavimət göstərib. O, zərərsizləşdirilib.

...Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilənlər var. Amma beş nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, tutulanın 36 yaşı olduğu məlum olub.

Hadisəni törədən şəxsin motivləri barədə məlumat yoxdur. Polis bunun terror aktı olmadığını düşünür.

İndi Hainaut ərazisi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Müstəntiqlər hadisə yerindədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə