"Qərbi Azərbaycanın zəngin florasını gələcək nəsillərə tanıtmaq vacibdir" - MÜSAHİBƏ

Qərbi Azərbaycanlı araşdırmaçı Vəsilə Əkbərovanın SİA-ya müsahibəsini təqdim edirik:

- İlk növbədə doğma yurdunuz İrəvan, onun coğrafi şəraiti haqqında ümumi məlumat verməyinizi istərdim.

- Azərbaycan Respublikasının ərazisi zəngin, böyük floraya malikdir və bunun böyük hissəsini tarixən Qərbi Azərbaycan İrəvanının payına düşüb. Burada rast gəlinən bitki növləri Qafqazda bitən bitki növlərinin yarı faizini təşkil edir.

İrəvan Azərbaycanın Qərb hissəsində, Ağrı düzünün şimal şərqində yerləşib.Razdan, Zəngi, Araz, Arpa çayları ve dağlarlaəhatə olunub və bu əlverişli coğrafi şərait çox zəngin floranın yaranmasına səbəb olub. 2 mindən çox bitkiyə sahib olan Qərbi Azərbaycan bitkilərindən hər sahədə geniş istifadə edilib. Təbii bitkilərdən boyaq maddələri alınıb. Bu bitkilərdən toxunan müxtəlifxalçalar, parçalar, ipəklər zamanında İpək yolunun yaranmasına,karvan yolunun keçdiyi İrəvan xanlığı böyük ticarətin yaranmasına da səbəb olub. İrəvan xanlığı ölkədə buğda,arpa, kətan, küncüt bitkiləri istehsalı üzrə ən əsas yerlərdən birini tutub. Dağlıq bölgədə kətan, isti bölgələrdə isə küncüt bitkiləriistehsal olunub.

- Qərbi Azərbaycanda bitən bitkilərdən hansı məqsədlərlə istifadə olunurdu?

- Xalq təbabəti və dərman preparatlarının bir çoxunun tərkibində məhz Qərbi Azərbaycanda bitən bitkilərdən geniş istifadə olunub. Boymadərən, kəklikotu, itburnu, nanə cövhəri, melisa, çobanyastığı çaşır kimi yabanı bitkilərdən istifadə olunub. Bu şəfalı bitkilərin içində ən önəmli yeri çaşır bitkisi tutur. Ferula ailəsinə aid 220 növ çiçəkli bitki cinsidir. Hər il yaz mövsümündə dağları bəzəyən çaşır əsasən aprel ayının sonları və may ayının əvvəllərində bitməyə başlayır.

Eyni zamanda, baldırqan bitkisindən də dərman kimi istifadə olunur. Baldırqanı əməliyyat olunub, anesteziya (narkoz) verilənbir pasiyentə dərhal yedirdikdə, bədəndən bütün zəhərli toksinlər xaric olunur və bununla yanaşı bu bitkilər mədə, bağırsaq, on iki barmaq vəz altına, qan dövranına xeyirlidir.

- Çaşır bitkisinin adını qeyd etdiniz. Bu bitki haqqında ətraflı məlumat verə bilərsinizmi?

- Çaşır bitkisi əsasən İrəvan dağlarında, Naxçıvanda, Ərzurumda, Ağrı dağa yaxın olan bölgələrdə yabanı şəkildə bitir və ömrü çox az olduğu üçün maksimum şəkildə istifadə olunur.

Saymaqla bitməyən faydaları çaşır dünyada çarəsi tapılmayanonkoloji xəstəliklərin müalicəsi üzrə yeganə təbii bitkilərdən biridir və o, tərkibindəki antioksidant, efir yağları ilə zəngin olan təbii dərman hesab edilir. Hətta Amerika alimlərindən biri Qafqazda bitən çaşırıonkoloji preparatlara daxil etmək barədə dəfələrlə həkimlərə səslənib. Amma bu məqsəd üçün onun yarpaqlarından istifadə olunmur. Hətta yarpaqları bu xəstəlik üçün zərərlidir desək yanılmarıq. Yalnız təzə bitərkən zoğ hissələrindən istifadə edilir. Həmçinin, çaşırın zolaqlarından qida rasionunda soyutma kimi də istifadə olunub.

Yaz aylarında İrəvanda ocaqda təndirdə bişirilən isti-isti Əppək lavaşı, Xamralı çörəyi ilə arasına pendir, çaşır, tərxunla yeyilən ən sadə qədim dövrlərdə yaranan ilkin yemək növlərindən biridir və hətta ən sadə "dürmək"dediyimiz bir nemətimizi erməni xalqı mənimsəyib dünyaya erməni qidası kimi tanıdıb.

- Bəs, başqa hansı bitkilər var ki Qərbi Azərbaycan mətbəxində onlardan istifadə olunur?

- Çaşırla yanaşı çox ləziz dadına doyum olmayan yaz və qış yeməklərində təzəsi və qurusu istifadə olunan saymaqla bitməyən bitkilərimiz var. Bu bitkilər İrəvan mətbəxinin ayrılmaz hissəsinə çevrilib. Məhz bu səbəbə görə Qərbi Azərbaycan mətbəxi ölkəmizin digər bölgələrindən çox fərqlənir. Təbii bitkilərdən maksimum istifadə ləziz təamların ərsəyə gəlməsinə səbəb olub.

Bunlardan ən məşhurları olan çiriş, qırxbuğum, baldırqan, uşqun, unnuça, kəvər, tərxun, əvəlik, əlləyəz, əməkömənci, tərə, gicitkan, şoşan, ayı soğanı, cincilim kimi bitkilərdən saysız-hesabsız plovlar, kətələr (göy qutabı) qovurmalar, çığırtmalar hazırlanır. Ən əsası bu bitkilərdən hazırlanan turşular İrəvan mətbəxinin Azərbaycandan kənarda belə məşhurlaşmasına səbəb olub. Çaşır, baldırqan, şoşanbitkiləri duza qoyulub turşu edilir. Bunlar ən ləziz turşulardan sayılır.

- Qarşıdan Novruz bayramı gəlir. Bayramları hansı təamlarla qeyd edirdiniz?

- Qərbi Azərbaycanın ən sevimli bayramlarından biri Novruz çərşənbələridir. Bayramdan da özəl keçirilən çərşənbələrimizdə masalarda ən əsas yeri İrəvan mətbəxinə aid plovlarımız tutur və hər çərşənbə yaza təsadüf etdiyi üçün çeşidli bitkilərlə plov dəmlənir. Çərşənbələrin sırasına uyğun çiriş ilə daşma plov, Ləpəli kəvərli əkşili plov, Qırxbuğumlu plov və ən son çərşənbəmizdə isə ən məşhur və sevilən sırf paytaxt İrəvana xas baş tacımız tərxunlu, kəvərli səbzi plovdur. Dana və ya körpə quzu ətini soyutma edib soğanla yüngül bol kərə yağında tovlayıb üzərinə bol-bol tər kəvər və ona nisbətdə az tərxun əlavə edilir. Öz yağına düşəndə ətin bulyonunda həll olunmuş bir çay qaşığı limon duzu əlavə edilib ocaqdan götürülür. Bu yeməyimiz mütləq şəkildə həyətdə ocaqda bişirilir. Qonaqpərvərliyi ilə tanınan Qərbi Azərbaycanlılar bayramda bişirdikləri bu yeməkləri qonşulara, imkanı olmayan adamlara paylayardı.

- Qərbi Azərbaycanda bitən başqa hansı bitkilərdən yeməklər hazırlanırdı?

- May aylarına özəl olan qırxbuğum kətəsi dadına doyum olmayan, şəfası saymaqla bitməyən bir təamımızdır. Bol qırxbuğum, əvəlik və göy soğandan ibarət olan kətəmiz Zəngəzurdan, Dərələyəzdən, Göyçə mahalından köç edib Kəlbəcərdə, Laçında, Ağdərədə kök salan insanlarımız sayəsində bu bölgələrdə də məşhurlaşıb.

Bir İrəvanda, birdə Şimali Qafqazda bitən və Qırmızı kitaba düşən Rodendron Qafqazskiy bitkisi yer alır. Nadir yerlərdə bitən bu bitki İrəvanda geniş yayılıb. Odur ki, sərvətimizə sahib çıxmaq, zəngin floramızı qoruyub saxlamaq, gələcək nəsillərə tanıtmaq lazımdır və bu, biz gənclərin üzərinə düşən bir vəzifədir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə