Əfsanəvi balerina Alla Osipenko vəfat edib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə sənətçinin xidmət etdiyi Mixaylovski Teatrının Telegram kanalı məlumat yayıb.
Dünya balet ulduzunun 92 yaşı var idi.
RSFSR xalq artistinin ölüm səbəbi açıqlanmır.
Alla Osipenko bütün dünya səhnələrində çıxış edib. Onun nömrələri Paris Rəqs Akademiyası kimi nüfuzlu mükafatlar alıb.
O, Aqrippina Vaqanovanın tələbəsi olub və müxtəlif vaxtlarda Sovet İttifaqının ən məşhur teatrlarının primasına çevrilib.
Uzun illər müvəffəqiyyətlə dərs deyən Osipenko üçün Mixaylovski Teatrı son iş yeri idi.
Daha əvvəl məlum olub ki, rus şairi, nasir, dramaturq, jurnalist, müəllim və uşaq nağıllarının müəllifi Yevgeni Klyuev Danimarkada vəfat edib.
Yazıçı 71 yaşında vəfat edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə