“Sabah” “Qəbələ” ilə matçda hesabda öndə - Yenilənir

“Sabah” “Qəbələ” ilə matçda hesabda öndə - Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.

Əvvəlcə “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu, “Sabah” isə 16 xalla 2-ci pillədə qərarlaşıb.

Turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Hazırda hər iki komandanın 16 xalı var. Paytaxt klubu topların daha yaxşı fərqinə görə birinci, Ağdam klubu isə üçüncü yeri tutur.

Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.

Misli Premyer Liqası, 8-ci tur

17 oktyabr (şənbə)

16:00. “Qəbələ” - “Sabah” - 0:2 (İkinci hissə)

Qollar: Abdula Xaybullayev, 45+1, Aleksey İsayev, 74
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov, Rəşad Əhmədov (VAR), Rahil Ramazanov (AVAR)
Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” - “Neftçi”
Hakimlər:
Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

18 oktyabr (bazar)

15:00. “İmişli” - “Turan Tovuz”

18:30. “Kəpəz” - “Zirə”

16 oktyabr (cümə)

“Şamaxı” - “Şəfa” - 3:2

“Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə