Putinin təklifi Ərdoğana hədiyyə olaraq görülür

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana İstanbulda Ukrayna ilə danışıqlar aparmaq təklifini hədiyyə edib, çünki bu, Ankaraya Qərbə təzyiq etmək üçün alət verir.

SİA-nın məlumatına görə, bunu Lenta.ru ilə söhbətində politoloq və Türkiyənin Moskvadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib.

Bundan əlavə, ekspert vurğulayıb ki, bu təklif Moskva ilə Ankara arasında münasibətləri gücləndirir, çünki Ərdoğan dəfələrlə Türkiyə tərəfinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllində iştirakında maraqlı olduğunu bildirib.

Sezer eyni zamanda Putinin öz hərəkətləri ilə “Qərbə meydan oxuduğunu” və bir çox Qərb rəsmiləri arasında çaşqınlıq yaratdığına diqqət çəkib.

Xüsusilə, o qeyd edib ki, mayın 15-də Türkiyədə NATO-ya üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılacaq və bu danışıqlarda ABŞ dövlət katibi Marko Rubio da iştirak edəcək.

...Mayın 11-nə keçən gecə Putin Kiyevə 2022-ci ildə kəsilmiş İstanbul formatını “yenidən bərpa etməklə” birbaşa danışıqlara mümkün qədər tez başlamağı təklif edib.

Rusiya lideri dəfələrlə vurğulayıb ki, əldə olunmuş razılaşmalar münaqişənin gələcək sülh yolu ilə həlli üçün əsas ola bilər ki, bu da Kiyevin maraqlarına cavab verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə