İspaniyanın "Barselona" klubu baş məşqçisi Hans-Diter Flik ilə yeni müqavilə bağlayacaq.
SİA xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər artıq sözləşmə ilə bağlı razılıq əldə ediblər. Onunla 2026-cı ilin yayında başa çatacaq anlaşma daha bir il müddətinə uzadılıb.
Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ilin iyulundan "Barselona"nı çalışdırır. Komanda onun rəhbərliyi altında La Liqada turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə