...Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko Sankt-Peterburqda yataqxananın yerləşdirilməsi üçün mənzilini qanunsuz olaraq təmir etməkdə şübhəli bilinir.
SİA xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.
Netrebkonun mənzili Soyuza Peçatnikov küçəsində yerləşir. Qəzetin yazdığına görə, dövlət mənzil müfəttişliyi Admiralti rayon administrasiyasına məktub göndərərək, sənətçinin evinin icazəsiz yenidən qurulduğunu və indi qonaq evi olduğunu bildirib.
Komissiya yoxlama üçün mənzilə daxil olmağa çalışsa da, ev sahibi nümayəndələri içəri buraxmayıb.
Məhkəmə Netrebkoya mənzili 2024-cü ilin yanvarında komissiyaya göstərməyi tapşırıb.
İndi iş məhkəmə icraçılarına verilib. Daha əvvəl bildirilib ki, məhkəmə icraçıları Netrebkonun mənzilində problem yarandığı üçün onun barəsində axtarış elan ediblər.
P.S: SİA bir müddət əvvəl bununla bağlı yazmışdı.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə