Kir Starmerin evində baş verən yanğınla bağlı terrorla mübarizə polisi araşdırma aparır

Böyük Britaniyanın Baş naziri Kir Starmerin Londondakı evində baş verən yanğınla bağlı araşdırmaya terrorla mübarizə polisi rəhbərlik edir. SİA “BBC”yə istinadla xəbər verir ki, bu gün baş verən yanğın nəticəsində evin giriş hissəsi zədələnib, lakin hadisə zamanı heç kim xəsarət almayıb. Polis bildirib ki, araşdırmaya ehtiyat tədbiri olaraq və mülkiyyətin yüksəksəviyyəli ictimai fiqurla əvvəlki əlaqələrinə görə terrorla mübarizə şöbəsi rəhbərlik edir. Hadisənin səbəbi araşdırılır və ilkin mərhələdə yanğın şübhəli hal kimi qiymətləndirilir.

Qeyd edək ki, Kir Starmer hazırda rəsmi iqamətgahı olan “10 Downing Street”də yaşayır. Lakin yanğının baş verdiyi “Kentish Town”dakı ev ona məxsusdur və icarəyə verilib.

Baş nazir fövqəladə xidmətlərə təşəkkür edib, lakin istintaqın davam etməsi səbəbi ilə əlavə şərh verməkdən imtina edib. Onun ailə üzvlərinin hadisə zamanı evdə olub-olmaması ilə bağlı da açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə