Millimiz Belarus və Monteneqro ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 26-dan iyunun 9-dək təlim-məşq toplanışında olacaq. SİA xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 yığması əvvəlcə mayın 26-dan iyunun 2-dək Bakıda, ardınca iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, daha sonra isə iyunun 6-dan 9-dək yenidən Bakıda hazırlıq keçəcək. Təlim-məşq toplanışı çərçivəsində millimiz iki yoxlama oyunu keçirəcək. U-21 komandası iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupuna qarşı qüvvəsini sınayacaq. Bu görüşün saatı və keçiriləcəyi stadionla bağlı əlavə məlumat veriləcək.

İkinci sınaq matçı iyunun 8-də Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 yığmasına qarşı baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə