...Belarusda spirtli içkilərin satışına ümummilli qadağa tətbiq edilir. Məhdudiyyətlər təkcə kiçik deyil, həm də iri mağazalara, həmçinin rayon şəhərləri və bir çox rayonlara da şamil olunacaq.
SİA-nın məlumatına görə, alkoqol almaq müəyyən vaxtdan sonra problemli olacaq, lakin qayda üçün istisnalar var. Qadağa krandan (ruslar buna “razlivnoy” deyirlər-A.B.) alkoqollu içkilər satan pərakəndə satış məntəqələrinə təsir etməyəcək.
Bundan əlavə, ritual mərasimlərin və toyların keçirilməsi üçün spirtli içkilər alına bilər. Siyahıya yerli hakimiyyət orqanlarının müvafiq qadağa qəbul etdiyi onlarla rayon daxildir.
Bütün bu sənədlərin bir ümumi cəhəti var: spirtli içki satışına qadağa mayın 24-ü və iyunun 13-də qüvvədə olacaq.
Bu günlərdə “Son zənglər” və buraxılış mərasimləri nəzərdə tutulub və digər bölgələrdə də “Ayıqlıq günləri”ni bu vaxt keçirmək qərarına gəliblər.
Mayın 24-ü və iyunun 13-ü gecə yarısından etibarən Belarusun bir çox əyalət mağazalarda spirtli içki almaq mümkün olmayacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə