Beş qitədən olan xarici ölkə vətəndaşları və şirkətləri bu ilin ilk üç ayında Monteneqroda 113,5 milyon avro dəyərində daşınmaz əmlak alıblar.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə 21 faiz və ya 20 milyon avro çoxdur.
Ən çox daşınmaz əmlak alışını Serbiyadan olan vətəndaşlar və ya şirkətlər ediblər-19,2 milyon avro. Sonrakı pillələrdə 16 milyon avro ilə Türkiyə, 13,8 milyon avro ilə ABŞ, 11,5 milyon avro ilə Almaniya vətəndaşları və şirkətləri qərarlaşıb. Hesabat dövründə Avstraliya, Qazaxıstan, Qırğızıstan, Misir və Malayziya vətəndaşları və şirkətləri də Monteneqroda daşınmaz əmlak alıb.
Qeyd edək ki, əcnəbilərin Monteneqroda daşınmaz əmlak almağa marağı son 5 il ərzində 4 dəfə artıb. Ölkədə mənzillərin kvadratmetrinin orta qiyməti isə təxminən 50 faiz yüksəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə