"Qərbi Azərbaycan ermənilərin yox, bizim torpaqlarımız olub" - MÜSAHİBƏ

Qərbi Azərbaycan İcmasının üzvü Səxavət Hacıyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Ermənilərin sizə qarşı münasibəti necə idi?

- Mən həm tarix müəllimi, həm də Komsomol Təşkilat katibi kimi işləyirdim. Hər ay bir dəfə Qafanda iclasda iştirak edirdim. Həmin vaxtlar görürdüm ki, ermənilərin türklərə qarşı hədsiz dərəcədə düşmənçiliyi var. Qaraqoyunlu hökmdarı Cahan Şah 1441-ci ildə Üçkilsəni ermənilərə ibadət yeri kimi vermişdi. Amma ermənilər oradan bütün türk dünyasına qarşı terror, düşmənçilik, nifrət toxumu yaymaqla məşğul oldular. Planlı surətdə bizi Qafandan, Vedibasardan, Dərələyəzdən və başqa ərazilərimizdən qovdular və o torpaqlarda indiki Ermənistan yaratdılar. O yerlər bizim dədə-baba torpaqlarımızdır. Bizim rayon olan Qafanda 57-si Azərbaycan, 8-i isə erməni kəndi var idi. Bununla bağlı arxiv materiallar, faktlar da var. İrəvan torpaqlarında da bir dənə belə erməni adı yox idi. Bütün bunlar hamısı sübut edir ki, oralar ermənilərin yox, bizim torpaqlarımız olub.

- Ermənilər bütün dünyaya yayırlar ki, guya biz onlara qarşı soyqırımı törətmişik və bizim torpaqlarımız da onların tarixi əraziləri olub. Biz buna qarşı necə mübarizə aparmalıyıq?

- Ermənilər dünyanın hər yerinə səpələnib. Ermənilərin öz şairləri belə deyir ki, biz ermənilər yaltaqlığa, hiyləgərliyə ana bətnində yoluxuruq. Onlar belə bir millətdir. Münxendə bizim cənab Prezidentimiz İlham Əliyevlə Paşinyanın danışığına fikir versəniz görərsiniz ki, o necə şərşəmətə danışır. Zəngəzurda 1918-ci ildə 7729 adam öldürülüb. Onlardan 2197-si uşaq idi. Paşinyan indi deyir ki, Qarabağda uşaqlarımızı qara maskalılar qorxutdular. Paşinyandan soruşan yoxdur ki, bəs o 2197 uşaq, Xocalıda 613 uşağı öldürəndə sizin vicdanınız hara baxırdı?! Onu jurnalistlər Paşinyandan soruşmalı idilər, amma xristian təəssübkeşliyi var deyə heç kim soruşmadı. Bizim kənddə erməni çobanımız var idi. O deyirdi ki, erməni bir yerdə 30 il yaşasa qotur tutar, 50 il yaşasa qanı tökülər. Onlar bu cür xislətə sahib millətdilər. Qanları tökülməsə rahatlamazlar. Onlar 1918-1920-ci illərdə öz xalqını, erməniləri qırdılar. Bu millət bəşəriyyətə bir bəladır. Ermənilər dünyaya car çəkirlər ki, guya Azərbaycan onlara qarşı soyqırım törədib. Bütün faktlar ortaya tökülsün görək kim kimi soyqırıma məruz qoyub. Biz bu tarixi faktları ingilis, fransız və başqa xarici dillərə tərcümə edib, dünya ictimaiyyətinə çatdırmalıyıq.

- Ermənilər bizim tarixi torpaqlarımızda bir çox toponimlərin adını dəyişdirmişdi. Sizin kəndinizin də adı dəyişdirilmişdi?

- Xeyr. Ümumiyyətlə, bizim Qafan rayonunda 57 kənd var idi və onların heç birinin adı dəyişdirilmədi. Daha doğrusu, dəyişdirilə bilmədi. Çünki 1988-ci ilə qədər azərbaycanlılar orada yaşadı. Həmin ildə baş verən zəlzələ onların başını qatdı. Ona görə də bizim kəndləri çox qıra bilmədilər. Hamımız Azərbaycanın müxtəlif bölgələrinə deportasiya olunduq.

- Ümumiyyətlə, deportasiya illərini necə xatırlayırsınız?

- Həmin dövrdə bizim camaatı aldatdılar ki, sizi köçürürük. Onlar Qafanda post qurmuşdular və orada rus əsgərləri xidmət göstərirdi. Hər kənddə də bir dəstə erməni təxribat işləri aparırdı. Gecə gəlib camaata deyirdilər ki, bu gecə sizi qıracaqlar. İnanmırdıq ki, bizi bu cür deportasiya edələr. Rus əsgərləri də bizi aldadırdılar ki, heç nəyinizi aparmıyın, qayıdacaqsınız. Bizi soyub, bütün qızılımızı, var-dövlətimizi alıb Azərbaycana yola salırdılar. Mən SSRİ Prokurorluğuna müraciət etmişdim ki, bizim kənddə nə qədər mal-mülkümüz qalıb. Heç birini də qaytarmadılar.

- Ermənilər Azərbaycan ziyalılarını daim məhv etməyə çalışıblar. İstərdim ki, bu haqda da fikirlərinizi bizimlə bölüşəsiniz.

- Ziyalı elin gözüdür. Onlar nə qədər ziyalılarımızı öldürdülər. Onların hansı biri məsuliyyətə cəlb olundu?! Heç bir cəza almadılar. Bizim kənddə ziyalıları öldürdülər, qalanları da qaçaq saldılar. Çünki o adamlar söz sahibiydilər. Savadlı adamlara sui-qəsd edərək aradan götürürdülər. Ermənilər bizə divan tutub, kəndlərimizi talan ediblər. Onların dövlət siyasətinin kökündə deportasiya dayanır.

- Azərbaycan Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycan məsələsi ilə bağlı konkret və qəti mövqe ortaya qoyub. Bunu necə qiymətləndirirsiniz?

- Cənab Prezident İlham Əliyev millətimizin xarakterini ifadə edir, dünyaya sülh təklif edir. Hüseyn Cavid deyir ki, kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Bizim ölkə başçımız dünyanı qurtarmaq üçün sülh təklif edir, amma Paşinyan ona reaksiya vermir. Hətta deyir ki, azərbaycanlılar bizim uşaqları qorxudur. Erməni ideoloqu Zori Balayan öz əsərində yazır ki, mən 13 yaşlı türk qızının dərisinin soyulmağına baxdım və 7 dəqiqədən sonra o öldü. Bir insan necə 7 dəqiqə dözə bilər ki, qarşısında biri soyulsun. Azərbaycan müharibə istəmir. Bizim ordumuz, gücümüz, şəraitimiz var. Amma biz sülhsevər millətik. Cənab prezidentin dediyi kimi, biz o torpaqlara gedəcəyik. Versəniz xoşluqla, verməsəniz zorla da olsa torpaqlarımızı geri alacağıq. Xalqımız da onu dəstəkləyir və bunun üçün əlindən gələni edəcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə