“Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğurlar arzulayırıq“ MALİK ASİF TANVEER

“Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğurlar arzulayırıq“ MALİK ASİF TANVEER

“Şuşa şəhərində keçirilən bu beynəlxalq konfransda iştirak etmək mənim üçün böyük qürur və xoş təcrübə oldu. Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının 5 illiyinə həsr olunmuş bu tədbir, ölkələrimiz arasında dostluq, əməkdaşlıq və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında Pakistan Müsəlman İnstitutunun və Azərbaycan-Pakistan Qardaşlıq Təşkilatının nümayəndəsi Malik Asif Tanveer bildirib.
Onun sözlərinə görə, konfrans zamanı aparılan müzakirələr müasir dövrdə siyasi dialoqun, partiyalararası əməkdaşlığın və sülh təşəbbüslərinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Xüsusilə Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan qardaşlıq münasibətləri iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Bu üç dost və qardaş ölkənin birliyi regionda sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm təminatlarından biridir.

Regional əlaqələrə həsr olunmuş bugünkü konfrans Yeni Azərbaycan Partiyasının atdığı çox mühüm addımdır. Bu əlamətdar təşəbbüs münasibətilə onları səmimi qəlbdən təbrik edirik.

Milli Qurtuluş Günü münasibətilə isə sədrimiz, Zati-aliləri Sahibzadə Sultan Əhməd Əlinin adından bütün azərbaycanlı bacı və qardaşlarımıza ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Bu mənalı və tarixi gün münasibətilə hər birinizi ürəkdən təbrik edir, Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğurlar arzulayırıq.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə